Sağlamlıq

Azərbaycanda icbari tibbi sığorta daxilolmaları proqnozdan yüksək olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 458,6 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu, proqnoza nisbətən 3,3 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40,5 % çoxdur.

7 aylıq icbari tibbi sığorta daxilolmalarının 311,6 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnoza nisbətən 1,8 %, 1 il əvvəllə müqayisədə isə 52,8 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)