Bank

Kreditlərin verilməsi qaydası DƏYİŞDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən banklara verdiyi kreditlərin şərtlərini dəyişdirib.

ENA.az xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər: "Bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək.

Banklara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü (əvvəl 5 gün nəzərdə tutulurdu) ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq.

Digər dəyişikliyə görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.

AMB-nin Hüquq departamentinə Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)