TURİZM

"Dost ölkələr" də payızda öz hava məkanını Rusiyaya bağlaya bilər

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) növbəti Baş Assambleyasında "Rusiyanın mülki aviasiya tenderləri" ilə bağlı hesabat təqdim edəcəyini və yeni qadağaların ola biləcəyini açıqlayıb.

“Noviye İzvestiya” qəzetinin məlumatına görə, ICAO-nun 200-ə yaxın ölkəyə etdiyi bildirişdə “Rusiyanın Beynəlxalq Mülki Aviasiya Konvensiyasını (Çikaqo Konvensiyası) pozduğu” barədə məlumat verib. Bildirilib ki, ICAO sentyabrın 27-dən oktyabrın 7-dək “Rusiyada mülki aviasiya”nı müzakirə edəcək və bu görüşlərdən sonra “Rusiya hava yolları tərəfindən idarə olunan xarici istehsallı təyyarələrin təhlükəsizlik standartlarına cavab verməməsi” ilə bağlı qərarın veriləcəyi gözlənilir.

ICAO-nun Rusiyaya etdiyi əvvəlki müraciətdə sanksiyalar çərçivəsində olan Airbus və Boeing təyyarələrinin təchizatı ilə bağlı məlumat istənilib. Bildirilir ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İsrail və Rusiyadan uçuşları qəbul edən digər ölkələrdən də Rusiya ilə uçuşları dayandırmağa cəhd edilib.

“Noviye İzvestiya” qəzetinə müsahibəsində “AIM Group”un eksperti Andrey Patrakov deyib ki, ICAO ölkələrə mülki aviasiya sahəsində Rusiya ilə əməkdaşlığı qadağan edə bilməz. Patrakov qeyd edib ki, bu məsələ ilə bağlı qərarı hər bir ölkənin mülki aviasiya administrasiyası qəbul edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)