Azərbaycanda bir gecədə ifrat çörək tələbatı - Rəfləri bir neçə saata boşaltdılar
Azərbaycanda bir gecədə çörək qıtlığı yaranıb.
"BI" BakuPost-a istinadən xəbər verir ki, bu barədə əhali sosial şəbəkələrdə paylaşımlar edir. Artıq Bakının və Sumqayıtın müxtəlif hissələrində yaşayan şəxslər bir neçə mağaza gəzsələr də, çörək tapa bilmədiklərinə dair informasiya yayıblar.
- Eləcə də bax: "Yanan vaflilər"lə bağlı RƏSMİ açıqlama - VİDEO
Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkədə yanvarın 17-dən başlayaraq xüsusi təhlükəli hidrometeoroloji hadisənin yaşanacağına dair xəbərdarlıq yaymasıdır. Bütün dövlət qurumları bu səbəbdən gücləndirilmiş iş rejiminə keçib. Təhsil müəssisələrində 2 günlük tətil elan olunub.
Xəbərdarlıqlardan sonra insanlar hər ehtimalı nəzərə alaraq, çörəyə olan tələbatı artırıblar. Buna görə də saat 18:00-da işdən çıxan hamı evə çörəyi əvvəlkində daha artıq alıb, dükanlarda çörək qalmayıb.