ENA+

Özbəkistanda 100 minlik pul nişanı təsdiqləndi

Özbəkistan Ali Məclisinin Senatı dövriyyəyə buraxılacaq 100 000 sumluq pul nişanını təsdiq edib.

"BI" Özbəkistan Mərkəzi Bankına istinadla xəbər verir ki, 100 000 sum təxminən 12 dollar dəyərindədir. Keçən il isə dövriyyəyə 50 000 (6 dollar) sumluq pul nişanları buraxılmışdı.

Məlumatda bildirilir ki, 100 000 sumluq əskinasların dövriyyəyə Novruz bayramı ərəfəsində buraxılması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)