Bank

Bu il Azərbaycana nə qədər investisiya qoyulub?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş kapital qoyuluşları 7 milyard 301,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% çoxdur.

Neft-qaz sektoruna kapital qoyuluşları 15,5% azalıb. Bununla yanaşı, qeyri-neft sektoruna kapital qoyuluşları 12,5% artıb.

Ümumi kapital qoyuluşlarının 4 milyard 492,6 milyon manatı (bütün investisiyaların 61,5 faizi) istehsal sahələrinə, 2 milyard 355,5 milyon manatı (bütün investisiyaların 32,3 faizi) xidmət sahələrinin tikintisinə, 453,6 milyon manatı (bütün investisiyaların 6,2%-i) mənzil tikintisinə yönəldilib.

Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi 1 milyard 873,9 milyon manat (bütün investisiyaların 25,7 faizi), daxili investisiyalar 5 milyard 427,8 milyon manat (bütün investisiyaların 74,3 faizi) təşkil edib.

Hesabat dövründə ümumi kapital qoyuluşlarının 70,9 faizi və ya 5 milyard 174,9 milyonu tikinti-quraşdırma işlərinə yönəldilib.

2021-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarında azalma 8,2% təşkil edib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)