Gündəm

Yol polisi Səfər Mehdiyevi saxladı - VİDEO

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

ENA.az "Unikal"a istinadən xəbər verir ki, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib. 

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)