Gündəm

Ukraynada “Bayraktar” zavodu TİKİLƏCƏK

Hökumət Ukraynada “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib.

ENA.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

"Şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır"- ukraynalı diplomat deyib.

Onun sözlərinə görə, Ukraynada zavodun tikintisinə başlamaq öhdəliyi təkcə siyasi deyil, həm də praktikdir, çünki bu zavodda istehsal olunacaq modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsallı komponentlər tətbiq ediləcək. Belə ki, təyyarələrin inşası zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)