Neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayan Komissiyanın tərkibi dəyişib
Azərbaycanda neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.