Sosial iqtisadiyyat

Azərbaycanda “OAZİS” əmtəə nişanından qanunsuz istifadə üzrə iş qaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub.

ENA.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və ona “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)