A2Z Technologies işçi axtarır - MAAŞ 1500-2000 AZN
Aparıcı mühasib
Son tarix 03 sen 2022
Öhdəli̇klər:
- Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), Statistika hesabatlarını tərtib və təqdim etmək;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq;
- Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Tender və Təchizat proseslərinində iştirak etmək və müvafiq hesabatları hazırlamaq;
- Yük Gömrük Bəyannamələrini mühasibatlıqda əks etdirmək və İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
- Mühasibat uçotu üzrə minimum 3 il iş təcrübəsi
- MS Excel yüksək səviyyədə
- 1C ( 8.3), BTP, EMAS
- Analitik düşünmə qabiliyyəti, Cavabdehlilik və məsuliyyətlilik
- Nəticəyönümlülük və punktuallıq;
İş Şərai̇ti̇:
- 5 günlük iş rejimi
- Əmək haqqı: 1500-2000 Azn
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını cv@a2z.az mail ünvanına göndərin.