TURİZM

Məşhur hotellər qrupu Azərbaycanda ayrı-ayrı brendləri təmsil edəcək

Azərbaycanın böyüməkdə olan turizm, işgüzar və investisiya bazarının nüfuzunun möhkəmləndirilməsi məqsədilə dünyanın aparıcı hotel qrupu olan “Accor” və Azərbaycan Hotellər Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə “Accor” qrupu məlumat yayıb.

Hazırda “Accor” qrupunun Azərbaycandakı portfoliosuna “Fairmont Baku” və “ibis Baku City” hotelləri daxildir.

Qrupun məlumatına görə, yaxın gələcəkdə “Accor” Azərbaycanda digər hotel brendlərini də təmsil etməyi planlaşdırır.

“Hazırda Azərbaycanda dəniz, sağlamlaşdırma və dağ-xizək kurortlarının inkişafı, həmçinin Bakıda yeni layihələr üzrə planları nəzərdən keçiririk”, – “Accor New East Europe” şirkətinin Baş direktoru Aleksis Delaroff bildirib.

Xatırladaq ki, “Accor” kurort hotellərin sayına görə dünyada ilk üçlüyə daxildir. Bu hotellər qrupuna 110 ölkədə 5300 hotel daxildir. Bura 40-dan çox lüks hotel brendləri (Raffles, Fairmont), həmçinin premium (Pullman, Swissôtel, Mövenpick, MGallery), orta (Novotel, Mercure) və ekonom sinif (ibis) hotellər daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)