Sosial iqtisadiyyat

Əmək bazarında həssas qruplara kimlər daxildir?

Ölkədə işsizliyin ölçülməsi zamanı Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsas götürülür. “Məşğulluq haqqında” Qanunda da bu metodologiyaya əsaslanaraq qeyd edilir ki, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Hazırda Azərbaycanda işsizlik 5,8 faiz səviyyəsindədir ki, bu da iqtisadiyyat üçün məqbul hesab edilən normadır.

ENA.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ölkənin əmək bazarındakı vəziyyətlə bağlı “vergiler.az”a müsahibəsində deyib.

O qeyd edib ki, hər hansı əlilliyi olan şəxs, şəhid ailəsi üzvü ali təhsilli, peşəkar mütəxəssisdirsə, təbii ki, onun iş tapmaq imkanları qat-qat yüksəkdir. Buna görə də belə şəxslər əmək bazarında həssas qrupdan olan şəxslər hesab edilmirlər. Əmək bazarında həssas qruplar məhz heç bir bilik, bacarıq və ixtisası olmayan şəxslərdir. Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da məhz bu kateqoriyadan olan şəxsləri əmək bazarına qaytarmaq üçün xüsusi proqramlar tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)