Bakı Dövlət Universitetində imtahanların vaxtı - DƏYİŞDİRİLDİ
Hava şəraiti ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) imtahanların vaxtı dəyişdirilib.
Bu barədə BDU-dan məlumat verilib.
Belə ki, sabaha təyin edilən imtahanlar yanvarın 19-na, yanvarın 18-i üçün nəzərdə tutulan imtahanlar isə yanvarın 21-nə keçirilib.






