Sığorta

Palata tərəfindən lisenziya alan agentlərin adları açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə dair müddətsiz lisenziya verib.

MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 86.1-ci maddəsinə əsasən, palatanın idarə heyətinin 2019-cu il 10 yanvar tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Nadir Xəlilov, Samir Göyüşov və Vahid Əliyevə sığorta agenti fəaliyyəti üzrə müddətsiz lisenziya verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

Niyazi Quliyev