Azərbaycanın bank sektorunda aktivlərin 14 milyard manatı 23 bankda, 21 milyard manatı isə 3 bankdadır - RENKİNQ
Bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanın bank sektorunda əsas göstərici – aktivlərin həcmi üzrə dinamika maraqlı nəticələr göstərir. 30 iyun 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 920,2 milyon manata çatıb. Aktivlərin 27 milyard 111 milyon manatı 3 bankın – ABB, Kapital Bank və PAŞA Bankın payına düşür. Faizlə ifadə etsək bu o deməkdir ki, cəmi aktivlərin 66 %-i 3 bankın əlində cəmləşib. Qalan 23 bankın aktivləri isə cəmi 14 milyard 808 milyon manatdır.
Aktivlərin artımına görə top 5 banklar aşağıdakılardır:
- Azərtürk Bank – 32%
- Yelo Bank – 29%
- Günay Bank – 16%
- PAŞA Bank – 14%
- Bank of Baku – 14%
Ötən 6 ayda aktivləri azalan top 5 banklar bunlardır:
- Bank VTB (Azərbaycan) - 14%
- Premium Bank – 11%
- Azərbaycan Sənaye Bankı – 10%
- Rabitəbank – 5%
- Yapı Kredi Bank Azərbaycan – 3%