Gündəm

Daha bir ölkə “Bayraktar” aldı

Banqladeş Türkiyə istehsalı "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) alıb.

ENA.az xəbər verir ki, bu barədə Banqladeşin "Prothom Alo" nəşri məlumat yayıb.

Bildirilir ki, məlumatı Türkiyənin Banqladeşdəki səfiri Mustafa Osman Tufan da təsdiqləyib.

"Mən təfərrüatlı məlumat verə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Banqladeş və Türkiyə arasında PUA-larla bağlı əməkdaşlıq var", - deyə o qeyd edib.

Nəşrin məlumatına görə, Banqladeş hökuməti "Baykar" şirkəti ilə artıq müqavilə imzalayıb. Alınacaq TB2 pilotsuz təyyarələrin sayı və ya müqavilənin ümumi dəyəri ilə bağlı məlumat verilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)