Ötən il azərbaycanlılar Türkiyədən nə qədər mənzil alıb?
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_0bedd2b430179efd1cd33bb2c_o.jpg)
Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
"BI" Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin Dekabr ayında azərbaycanlılar Türkiyədə 166 mənzil alıblar. 2017-ci ilin Dekabr ayında azərbaycanlılar Türkiyədə 91 mənzil almışdılar.
2018-ci ilin Yanvar-Dekabr aylarında azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.
Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə isə 942 mənzil alıblar.
Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 9-cu yedədir.