Gündəm

Rusiyada yəhudi ictimai-siyasi xadim saxlanılıb

Rusiyanın tanınmış siyasətçisi, ictimai xadim yəhudi Leonid Qozman polis tərəfindən saxlanılıb.

ENA.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixail Biryukov bildirib.

M.Biryukov müvəkklinin saxlanılması səbəbinin hələ ki, məlum olmadığını deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Leonid Qozmanın federal axtarış da olduğunu bildiriiblər:

“Axtarış üçün də əsas olmayıb. Odur ki, Leonid Qozmana qarşı hələ heç bir ittiham irəli sürülməyib“.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanların bazasında Leonid Qozmanın da kartı var.

Məlumata görə, Qozmanı bu il iyulun 15-də saxlayaraq İstintaq Komitəsində İsrail vətəndaşı olması barədə uyğun qurumları məlumatlandırmadığı üçün dindirdikdən sonra sərbəst buraxıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)