Vakansiyalar

Amal Group işçi axtarır - MAAŞ 1200-1500 AZN

Smeta mühəndisi

 Son tarix 20 avq 2022 

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki və Sənaye Tikintisi mühəndisliyi),
  • Kompüter bilikləri: MS Office proqramları, 1C, Autocad, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: Yüksək mərtəbəli binaların tikintisi sahəsində 3 ildən az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı. 

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;

Bilik və bacarıqlar: 

  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını; 
  • Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini; 
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: 1200-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “smeta mühəndisi" adını qeyd edərək hr@amalgroup.az göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department