Üç təhsil müəssisəsi fəlsəfə və elmlər doktoru hazırlayacaq –QƏRAR
Doktorantura yaradılan təhsil müəssisələrinin sayı artırılıb.
"BI" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda müvafiq dəyişiklik edib.
Beləliklə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan İlahiyyat İnstitutunda isə fəlsəfə doktoru üzrə doktoranturalar yaradılacaq.