BİZNES

Azərbaycan iş adamları Özbəkistana axışırlar

Azərbaycan Özbəkistanda ən çox şirkət təsis edən xarici ölkələr arasında ilk onluqdadır.

"BI" xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Statistika Komitəsinin 2018-ci ildə xarici investorların sərmayəsi ilə qurulan şirkətlər haqqında yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycan bu ölkədə ən çox şirkət quran ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahının birinci pilləsində Rusiya, ikinci pilləsində qardaş ölkə Türkiyə qərarlaşıb. İlk üçlüyün sonuncu hegemonu isə Çindir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)