“Azərsığorta” Direktorlar Şurasının tərkibi TƏSDİQLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, Sərəncama əsasən Direktorlar Şurasının tərkibi belə müəyyən olunub:
Direktorlar Şurasının sədri
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Direktorlar Şurasının üzvləri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini