Birja

Avropa son 6 ildə ilk dəfə Amerika neftinin ən böyük alıcısına çevrildi

Bloomberg xəbər verir ki, Avropa Asiyanı geridə qoyaraq ABŞ neftinin ən böyük alıcısına çevrilib. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, yanvar-may aylarında Avropa 213,1 milyon barel, Asiya isə 191,1 milyon barel neft alıb. Sonuncu dəfə ilin əvvəlində belə vəziyyət 6 il əvvəl ABŞ neft ixracına qoyulan qadağadan imtina edəndə baş vermişdi.

Avropa Rusiya enerjisindən asılılığını azaltmağa və ABŞ neftinə keçməyə çalışdıqca, çox güman ki, ticarət axınlarının mövcud modeli davam edəcək, - Energy Aspects-in neft analitiki Kristofer Hayns bildirib. Onun sözlərinə görə, ABŞ istehsalı artır, lakin həm Asiya, həm də Avropanın ehtiyaclarını ödəmək üçün bu, kifayət qədər sürətli deyil. Həmçinin Yaxın Şərqin Avropaya hasilatı və tədarükünü artırmaq imkanları məhdud görünür.

"Bütün diqqətlər OPEC-in gələn ildə istehsal gücünü artırıb-artıra bilməyəcəyinə və nə qədər bazar payını geri ala biləcəyinə yönələcək" deyə ESAI-nin analitiki Elizabeth Murphy bildirib.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri cümə günü saat 11:35-ə 0,6% bahalaşaraq bir barel üçün 99,71 dollar olub. Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI neftinin fyuçerslərinin kotirovkaları 0,3% artaraq 1 barelə görə 96,04 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)