Sosial iqtisadiyyat

Azərbaycan Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC Avropanın daha bir ölkəsinə – Finlandiyaya quyu qapaqlarının ixracına başlayıb.

İlkin mərhələdə sifarişçi tərəfə 240 tondan çox məhsulun göndərilməsi nəzərdə tutulur.

İnvestisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” Sumqayıtda 60-dan çox çeşiddə müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir. Məhsullar həm daxili bazarda satılır, həm də 15-dən çox ölkəyə ixrac edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)