Gündəm

Bu gündən hava dəyişəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən ENA.az-a bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 metr, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyinin sürəti arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)