“Bank Respublika" biznesə verilən güzəştli kreditlərin sayına görə liderdir
“Bank Respublika» I yarımilliyin yekunları üzrə biznesə verilən güzəştli kreditlərin sayına görə liderdir
“Bank Respublika” ASC Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında biznesə verilən güzəştli kreditlərin sayına görə müvəkkil bankların siyahısına liderlik edir.
“İnterfaks-Azərbaycan”a SİF-dən məlumat verilib ki, 2022-ci ilin birinci yarısında “Bank Respublika” tərəfindən Fondun vəsatindən sahibkarlara 301 güzəştli kredit verilib.
Biznesə güzəştli kredit verənlərin sayına görə “UniBank” ASC (287) ikinci, “Yelo Bank” ASC isə (243) üçüncü yerdədir.
Həmçinin, SİF-in vəsaitindən verilən kreditlərin sayına görə TOP-5-ə “AccessBank” QSC (197) və “Aqrarkredit” QSC BOKT (120) daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” ASC 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub - 20,3 milyon manat.