Sənaye

Almaniya Rusiya kömürü və neftindən imtina etməyə hazırlaşır

Almaniya avqust ayının 1-dən Rusiya kömürünün, dekabrın 31-dən isə neftinin idxalından imtina edəcək.

Reuters xəbər verir ki, bu barədə Almaniya maliyyə nazirinin müavini Yorq Kukis Avstraliyada keçirilən “Sydney Energy” Forumunda çıxış edərkən deyib.

“Bir neçə həftədən sonra biz Rusiya kömüründən imtina edəcəyik. Sovet imperiyasının Şərqi Avropaya təzyiq aləti kimi istifadə etdiyi “Drujba” neft kəmərinin tarixi hamıya məlumdur. Bu asılılıqdan qurtulmaq asan deyil, lakin bunu bir neçə ay ərzində edə bilərik”, - deyə Yorq Kukis bildirib.

Nazir müavini, həmçinin vurğulayıb ki, Almaniya hökumətinin qarşısında duran əsas vəzifə il ərzində Avropa İttifaqının Rusiyadan idxal etdiyi 158 milyard kubmetr qazın yerini doldurmaq olacaq.

Qeyd edək ki, Rusiya planlanan təmir işləri ilə əlaqədar iyul ayının 11-dən “Şimal axını” boru kəmərinin hər iki xətti üzrə qaz nəqlini müvəqqəti olaraq dayandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)