Azərbaycan banklarına dollar satıldı - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı çərşənbə günü Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 31,6 milyon dollar satıb. AMB iyulun 7-də keçirdiyi hərracda banklara 39 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb.
“Çərşənbə günü keçirilən hərracda banklardan tələb 31,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracın nəticəsində manatın dollara nisbətən orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib”, - deyə AMB-dən bildirilib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb. Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir. 2022-ci ilin yanvar-iyun aylarında ARDNF valyuta hərraclarında 2 milyard 739,2 milyon dollar satıb (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1% azalma). 2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb (2020-ci illə müqayisədə 8,6% azalma).