Gündəm

Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verildi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb.

Milli Məclisin qərar layihəsinə əsasən, Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səsverməyə qoyularaq qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)