BİZNES

“PAŞA Bank”dan “AccessBank”a transfer

“AccessBank” ASC-də yeni təyinat baş tutub.

Məlumata görə, Məhəmməd Məhərrəmli Mirqalib oğlu bankın Risklərin İdarə Edilməsi Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məhəmməd Məhərrəmli indiyə qədər “PAŞA Bank” ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. O əvvəlki illərdə isə Azərbaycan Beynəlxalq Bankında çalışıb.

Məhəmməd Məhərrəmli bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar fakültəsində alıb. Həmçinin, Queen Mary London universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

Cənab Məhərrəmli 2017-ci ildə FRM sertifikatı alaraq Qlobal Risk Peşəkarları Assossasiyasına (GARP) üzvlük haqqı əldə etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)