Gündəm

Çin lideri Putinin dəvətini rədd etdi

Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin səfər dəvətindən imtina edib.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Çin sədrinin COVID-19 pandemiyası ilə əlaqədar bu addımı atdığı bildirilir. Dövlət başçısı Putinin dəvətinə cavab olaraq deyib ki, koronavirus məhdudiyyətləri səbəbindən yaxın gələcəkdə Rusiyaya səfər etmək çətin olacaq.

Həmçinin diqqətə çatdırılıb ki, Çin lideri 2020-ci ilin əvvəlindən, pandemiya başlayandan bəri xarici ölkələrə səfər etməyib.

Qeyd edək ki, bu yaxınlarda Prezident Vladimir Putin Çin lideri Si Cinpini ölkəsinə rəsmi səfərə dəvət edib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)