Azərbaycan və Türkiyə yeni saziş imzalayacaq
Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalanacaq.
ENA.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
Eləcə də oxu: Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb
Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür, 10 ölkə ilə kənd təsərrüfatı üzrə müqavilələrin imzalanması üçün hazırlıq gedir.
V.Kirişçi qeyd edib ki, sözügedən 10 ölkə arasında Azərbaycan, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.
Nazir, həmçinin bildirib ki, iqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə götürülməsi ilə bağlı danışıqlara başlayıb.