Axtar

Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcəklər.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Bu yaxınlarda xarici işlər nazirimiz Bakıda idi. Onu qəbul etməyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Baş nazirimiz və Dövlət Dumasının sədrinin Azərbaycana səfərləri hazırlanır”, – deyə Rusiya prezidenti qeyd edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33