Axtar

Azərbaycanda yeni medal təsis edildi

Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

ENA.az xəbər verir ki, sənədə əsasən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)” Azərbaycan Respublikasının yubiley medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda yeni hissə əlavə olunur:

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı.”.

Həmçinin, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilir (əlavə olunur).

Eyni zamanda, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33