Hadisə

ABŞ-da azərbaycanlı güllələndi - FOTO - VİDEO

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərinin qərbində mobil telefon dükanının sahibi öz dükanında ölü tapılıb. Qatil hələ ki saxlanılmayıb.

"BI" “fox46charlotte”a istinadən xəbər verir ki, yaxınlıqda yerləşən bərbər dükanının işçiləri meyiti aşkar etdikdən sonra polisə xəbər veriblər və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı Elçin Xəlilovun təxminən saat 11:00 radələrində öldürüldüyünü müəyyən ediblər.

Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.

Qeyd edək ki, əslən azərbaycanlı olan E.Xəlilov N.Sharon Amity Rd., 3100 ünvanında yerləşən dükanın sahibi olub.

“O, yerdə uzanmışdı, qanı axırdı, mən qışqırdım və ağlayaraq “yardım edin” deyib köməyə çağırdım”, - deyə şəxsiyyətini açıqlamaq istəməyən bir qadın deyib. 

O, dostu olan dükan sahibini qapının ağzında yerdə uzanmış halda tapıb.

Cinayətkarın mağazanı qarət etdiyi bildirilib.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)