“Instagram” yeni istifadəçilərin yaşını video-selfi ilə yoxlayacaq
“Instagram” istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni aləti sınaqdan keçirir, ENA.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkəyə qoşulmasına mane olacaq.
Eləcə də oxu:Bəzi telefonlarda “WhatsApp” işləməyəcək
Funksiya hələki yalnız ABŞ sakinləri üçün əlçatandır və qeydiyyat zamanı yaşı seçmək istəyən zaman görünür. Yaşını təsdiqləmək üçün istifadəçi pasport və ya sürücülük vəsiqəsi kimi sənəd təqdim etməli olacaq. Məlumatlar 30 gün ərzində serverdə saxlanılacaq.
Əgər bu seçim uyğun deyilsə, istifadəçi video-selfi çəkməli olacaq. Sosial şəbəkə xüsusi təlim keçmiş süni intellektdən istifadə edərək məlumatları yoxlayacaq. Doğrulama tamamlandıqdan sonra məlumatlar silinəcək.
Üçüncü variant – Sosial Vouching-dir. Yəni, yaşı 18-dən çox olan üç istifadəçi sizin yaşınızı təsdiqləməli olacaq. Bildirilir ki, Sosial Vouching o şəxsləri təsadüfi seçəcək. Siyahıya qohum şəxslərin adlarını əlavə etmək mümkün olmayacaq.