Gündəm

“Bloomberg”: “Rusiya neftini daşıyan tanker radarlardan itib”

“Son zamanlarda Rusiya neftini daşıyan tankerlərin gəmiləri izləyən xüsusi sistemlərin radarlarından itməsi halları artıb. Son 10 gün ərzində azı 3 tanker radarlardan yoxa çıxıb”.

ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, son dəfə gəmilər Azor adalarının yaxınlığında müşahidə edilib. Bundan başqa, Asiyaya üzən tankerlərin də radarlardan itdiyi məlum olub.

Ehtimal edilir ki, neft məhz burada gəmidən-gəmiyə yüklənir, halbuki Ukraynada müharibə başlayanadək yükləmə burada həyata keçirilmirdi.

Güman edilir ki, Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqi olunduğu bir zamanda bəzi alıcılar bu ölkədən neft satınalması faktını gizli saxlamağa çalışır. Daha əvvəl İran və Venesueladan neft alınması üçün də eyni taktikadan istifadə edildiyi bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)