Sosial iqtisadiyyat

Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 1 milyard 50,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,8 % çoxdur.

ENA.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə hər bir nəfərə düşən ÜDM-in dəyəri isə 2,2 % artaraq 2 267 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. 5 ayda sənaye üzrə 472,5 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 1,7 % çoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)