Gündəm

Türkmənistan prezidenti müalicə üçün təcili Almaniyaya gedib

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun müalicə olunmaq üçün təcili şəkildə Almaniyaya getdiyi  haqda məlumat yayılıb.

ENA.az xəbər verir ki, turkmen.news saytının məlumatına görə, prezidenti Aşqabaddan Münhenə aparan təyyarə iyunun 21-də havaya qalxıb və yerli vaxtla səhər saat 6:40-da yerə enib.

Prezidentin Münhendəki klinikalardan birində müayinə olunduğu bildirilir.

Sayt yazıb ki, prezidentin ölkədə olmaması ilə bağlı məlumatı Türkmənistan televiziyasının “Vətən” axşam xəbər proqramı da dolayısı ilə təsdiqləyib.

Serdar Berdiməhəmmədov sonuncu dəfə iyunun 14- İrana rəsmi səfər edib. Qayıdandan sonra o, Türkmənistanda Məryəm və Lebap vilayətlərinə baş çəkib və iyunun 20-də Çin Milli Neft Korporasiyasının (CNPC) rəhbəri Hou Qijun ilə görüşüb.

Prezidentin Almaniya klinikasına səfərinin planlı müayinə olub-olmadığı, Serdar Berdiməhəmmədovun səhhətində problemin yaranıb-yaranmadığı hələlik məlum deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)