Daha bir dövlət qurumunda əməliyyat - İdarə rəisi tutuldu

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Eləcə də bax: Həbs xəbəri yayılan generaldan açıqlama
Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Bu barədə əlavə məlumat veriləcək".
Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.