“Rusiya-NATO toqquşması baş verə bilər”
Polşa və Litvanı birləşdirən Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz o, Şimali Atlantika Alyansına qarşı müharibə olacağı təqdirdə Rusiya hökumətinin ilk hədəfinə çevrilə bilər.
Eləcə də oxu: Rusiya ehtiyatda olan zabitləri orduya çağırır
Bu barədə yazan “Politico” nəşrində qeyd edilir:
“Qərbin hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, Rusiya prezidenti Ukraynadakı müharibəni NATO ilə birbaşa toqquşmaya çevirmək qərarına gəlsə, bu ərazi onun ilk hədəflərindən biri olacaq”.
Jurnalistlər hesab edirlər ki, Moskva Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə bilər və bu da nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan verə bilər.
Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu ərazi çox təhlükəlidir – bura Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək.