Sosial iqtisadiyyat

Nazir: “Əmək Məcəlləsinə dəyişikliklər hazırlanaraq təqdim edilib”

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.

Nazir ölkədə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb.

O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əmək haqqının 2,3 dəfə, illik əmək haqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb: “173 sosial xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim edilib, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edilib”.

S.Babayev yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edildiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)