Bank

Banklarların kapitalı adekvatdırmı? - Stress test keçirilib

Azərbaycan Mərkəzi Bankının apardığı stress baza ssenari üzrə 2022-ci ildə bank sektorunun kapital adekvatlığı 19.2% təşkil edir və növbəti illərdə stabil artım kapital adekvatlığı göstəricisinin 2024-cü ildə 22.8%-ə çatmasını şərtləndirir.

Bədbin ssenaridə isə bank sektorunun kapital adekvatlığı 2022-ci ildə 3.8 f.b. azalaraq 15.3% təşkil edir. Bununla belə, növbəti illərdə gəlirliyin bərpası fonunda isə sektorun adekvatlığı 2024-cü ildə 18.3%-ə çatır.

Hesabata görə, stress test nəticələri bank sektorunun mövcud kapital buferinin potensial itkiləri absorbsiya etmək potensialında olduğunu göstərir. Stress test nəticələrinə əsasən kredit riski və xarici valyuta riski əsas risk faktorlarını təşkil etdiyi halda, faiz dərəcəsi riskinin təsirinin nisbətən aşağı olması müşahidə edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)