Gündəm

“Google” Rusiyadakı filialının iflas olduğunu elan etdi

“Google” Rusiyadakı filialının iflas olduğunu elan edib.

“Google”nin Rusiyadakı şirkəti “Google” MMC-yə ərizə üçün müraciət edib. Müvafiq ərizə iyunun 16-da Moskva Arbitraj Məhkəməsinə verilib. Mayın 18-də “Google” MMC “Fedresurs”da öz iflasının tanınması üçün ərizə ilə arbitraj məhkəməsinə müraciət etmək niyyəti barədə bildiriş dərc edib. Daha sonra Rusiya şirkəti 2022-ci il martın 22-dən etibarən “özünün müflis olacağını və maliyyə öhdəliklərini yerinə yetirməyin mümkünsüzlüyünü qabaqcadan gördüyünü bildirib.

“Google”nin mətbuat xidməti daha sonra izah edib ki, şirkətin Rusiyadakı bank hesabının həbsi, Rusiya nümayəndəliyinin fəaliyyətini, o cümlədən Rusiyada işçilərin saxlanması və əmək haqqının ödənilməsi, təchizatçı və maaşların ödənilməsi, habelə digər maliyyə öhdəliklərinin yerinə yetirilməsini mümkünsüz edib. Eyni zamanda, “Google” Rusiya Federasiyasında olan istifadəçilər üçün Search, YouTube, Gmail, Maps və Google Play kimi pulsuz xidmətlərdən istifadə imkanını davam etdirəcəyini bildirib.

Qeyd edək ki, “Google” MMC 2005-ci ildə qeydiyyatdan keçib. 2021-ci ilin sonunda şirkətin gəliri 134,3 milyard rubl təşkil edib, şirkətə isə 26 milyard rubl zərər dəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)