“Coca-Cola” Rusiyada satışı DAYANDIRDI
"Coca-Cola" şirkətinin Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.
ENA.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi şirkətə istinadla məlumat yayıb.
Bildirilib ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra yeni tədarük və ya istehsal partiyası olmayacaq.
"Coca-Cola HBC" Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.
Xatırladaq ki, martın əvvəlində "Coca-Cola" Rusiyadakı fəaliyyətinin dayandırılması barədə məlumat yaymışdı. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.