Azərbaycanın ərzaq məhsullarının idxalına xərcləri 16% artıb
Azərbaycan 2022-ci ilin yanvar-may aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9% - $875 milyon 67,1 minədək artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 355 min 625,06 ton buğdanın payına düşüb və bunun üçün 124 milyon 49,46 min dollar ödənilib.
Qarğıdalının – 36 min 896,18 ton (artım 1,9 dəfə) $13 milyon 413,56 min, düyünün – 24 milyon 722,36 tоn (аrtım 7,5%) $20 milyon 342,73 min, çаyın – 6 min 82,27 tоn (аrtım 5,6%) $29 milyon 911,41 min olub.
209 min 733,61 ton (artım 2,2%) meyvə-tərəvəz məhsullarının ($119 milyon 388,99 min), 15 min 340,04 ton (artım 4,5%) ətin $21 milyon 144,59 min, 73 min 260,37 ton (artım 16,6%) bitki və heyvan mənşəli yağların $119 milyon 597,05 min, payına düşüb.
Yanvar-may aylarında Azərbaycana $49 milyon 646,04 min dəyərində 8 min 927,55 ton kərə yağı idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,7% çoxdur.
Hesabat dövründə Azərbaycana bütün idxalın 17,04%-i ərzaq məhsullarının payına düşüb.