Gündəm

Bayden: "Rekord inflyasiya ölkənin lənətinə çevrilib"

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, rekord inflyasiya ölkənin lənətinə çevrilib.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu o, ABC kanalında yanımlanan şouda bildirib.

Əhalinin administrasiyanın yürütdüyü siyasətdən narazılığı barədə suala Bayden belə cavab verib: “İnflyasiya lənətdir. O, əsasən məhsulların və benzinin qiymətinə təsir edir”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen inflyasiyanın yaxın perspektivdə yüksək qalacağını və bunun ölkənin əsas iqtisadi probleminə çevrildiyini bildirmişdi. O, həm özünün, həm də Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Cerom Pauelin inflyasiya ilə bağlı proqnozlarda yanlışlığa yol verdiklərini etiraf edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)