Gömrük Komitəsi büdcə öhdəliyini 120% yerinə yetirib – Komitə sədri
Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120.03% yerinə yetirib. Belə ki, 2 mlrd. 63.79 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344.39 mln. manat artıq deməkdir.
ENA.az xəbər verir ki, bu barədə Komitə sədri Səfər Mehdiyev öz rəsmi Twitter səhifəsində yazıb.