Rusiyadakı McDonald’s-ın yeni loqosu bu ola bilər - FOTO
McDonald’s-ın Rusiyadakı restoran şəbəkəsinin sahibi şirkətin yeni loqosunu qeydiyyata almaq üçün müraciət edib, Bu barədə “Vc.ru”xəbər verir.
Bildirilir ki, brendin yeni rəngləri yaşıl, narıncı və qırmızı ola bilər.
İyunun 12-sində şəbəkənin restoranları yeni brend altında fəaliyyətə başlayacaq. “Ancaq belə”, “Əyləncəli və dadlı”, “Boş kassa”, “Kompas”, “Bizim məkan” və digər adlı ticarət nişanları artıq qeydiyyatdan keçib.
Qeyd olunur ki, şəbəkənin yeni sahibi yaxın iki ayda 840 restoran işə salmağı planlaşdırır.